19 iyul 2012 23:37
“Yunanıstandakı oyunda İnter ancaq hücum etməlidi”
“İnter”in yarımmüdafiəçisi Bryus Abdulay Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Təəssüf ki, qələbəni əldən verdik. Bizim qalib gəlmək üçün bir neçə şansımız oldu. Amma bundan yararlana bilmədik. Növbəti oyunda mütləq qələbə qazanmaq ıazımdı. Yunanıstandakı oyunda “İnter” ancaq hücum etməlidi”.
