19 iyul 2012 23:47
Elnur Allahverdiyev: Rahidlə mübahisəmiz sadəcə oyun epizodu idi
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Heç-heçəyə baxmayaraq, bizim növbəti mərhələyə çıxmaq üçün çox yaxşı şansımız var. Fikrimcə, “Lech” səddini keçə bilərik. Bu, əvvəlki komanda deyil. Sadəcə onların təcrübəsi bizimlə müqayisədə daha çoxdu. Rahid Əmirquliyevlə mübahisəmə gəlincə, bu, sadəcə oyun epizodudu. Oyunun gedişində hərdən bir-birimizin üstünə qışqırmalı oluruq. Onunla münasibətlərimiz çox yaxşıdı”.
