19 iyul 2012 11:57
Zestafoni rəhbərliyi Neftçi səddini keçəcəklərinə söz verdi
Gürcüstanın “Zestafoni” klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”dən aldıqları məğlubiyyətə (0:3) görə azarkeşlərindən üzr istəyiblər. Azerisport.az xəbər verir ki, Gürcüstan çempionu həmin görüşlə bağlı yaydığı açıqlamada bunları vurğulayıb:
“Klub prezidenti və bütün komanda üzvləri azarkeşlər qarşısında üzr istəyir. Söz veririk ki, Bakı “Neftçi”sini keçib, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə adlayacağıq”.
“Klub prezidenti və bütün komanda üzvləri azarkeşlər qarşısında üzr istəyir. Söz veririk ki, Bakı “Neftçi”sini keçib, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə adlayacağıq”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Gürcüstanda keçiriləcək.
