20 iyul 2012 01:46
Avropa Liqasında ikinci mərhələnin ilk oyunları keçirildi (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsində ilk oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, üçüncü təsnifat mərhələsinə vəsiqə uğrunda 80 klub mübarizə aparır.
Onlardan ikisi də Azərbaycan təmsilçisidi. Belə ki, “Xəzər Lənkəran” Polşa “Lech”ini, “İnter” isə Yunanıstan “Asteras”ını mübarizədən kənarlaşdırmaq arzusundadı. Amma təəssüf ki, təmsilçilərimiz doğma meydanda keçirilən ilk oyunlarda istədiyi nəticəyə nail ola bilmədilər. Hər halda qeydə alınan qollu heç-heçə rəqiblərə daha çox sərf edir.
Qalan görüşlərin siyahısı, eləcə də nəticələri ilə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, Avroliqada ikinci təsnifat mərhələsinin cavab oyunları iyulun 26-da keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi (ilk oyunlar)
19 iyul
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) - Lech (Polşa) - 1:1 (1:1)
Anji (Rusiya) – Honved (Macarıstan) - 1:0 (1:0)
Milsami (Moldova) – Aktobe (Qazaxıstan) - 4:2 (2:1)
Naftan (Belarus) – Crvena Zvezda (Serbiya) - 3:4 (0:3)
Metallurg (Liepaya, Latviya) – Legia (Polşa) - 2:2 (1:1)
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Vitesse (Hollandiya) - 4:4 (1:2)
Renova (Makedoniya) - Gomel (Belarus) - 0:2 (0:2)
Levadia (Estoniya) – Anorthosis (Kipr) - 1:3 (0:1)
İNTER (AZƏRBAYCAN) – Asteras (Yunanıstan) - 1:1 (0:0)
JJK (Finlandiya) - Zeta (Monteneqro) - 3:2 (2:2)
Metallurg (Rustavi, Gürcüstan) - Viktoria (Çexiya) - 1:3 (1:2)
Olimpija (Lyublyana, Sloveniya) – Tromse (Norveç) - 0:0 (0:0)
Differdange (Lüksemburq) - Gent (Belçika) - 0:1 (0:1)
Şaxtyor (Saqirosk, Belarus) – Ried (Avstriya) - 1:1 (1:0)
Aarhus (Danimarka) - Dila Gori (Gürcüstan) - 1:2 (1:1)
AIK (İsveç) - Hafnarfyordur (İslandiya) - 1:1 (0:1)
APOEL (Kipr) – Senica (Slovakiya) - 2:0 (2:0)
Bnei Yehuda (İsrail) – Shirak (Ermənistan) - 2:0 (0:0)
Eskişehirspor (Türkiyə) - St. Johnstone (Şotlandiya) - 2:0 (1:0)
Tirana (Albaniya) – Aalesund (Norveç) - 1:1 (1:0)
Metallurg (Donetsk, Ukrayna) – Çelik (Monteneqro) - 7:0 (2:0)
Mlada Boleslav (Çexiya) - Tor Akureyri (İslandiya) - 3:0 (2:0)
Rosenborg (Norveç) – Ordabasi (Qazaxıstan) - 2:2 (2:0)
Ruch (Polşa) - Metallurg (Skopye, Makedoniya) - 3:1 (0:0)
Slaven (Xorvatiya) – Portadown (Şimali İrlandiya) - 6:0 (3:0)
Spartak (Trnava, Slovakiya) - Sligo Rovers (İrlandiya) - 3:1 (3:0)
Dacia (Moldova) – Elfsborg (İsveç) - 1:0 (1:0)
Young Boys (İsveçrə) – Zimbru (Moldova) - 1:0 (0:0)
Levski (Bolqarıstan) – Sarajevo (Bosniya) - 1:0 (0:0)
Rapid (Buxarest, Rumıniya) – MYPA (Finlandiya) - 3:1 (3:1)
Jalgiris (Litva) - Admira Wacker (Avstriya) - 1:1 (0:1)
Twente (Hollandiya) – Inter (Finlandiya) - 1:1 (0:1)
Servette (İsveçrə) – Gandzasar (Ermənistan) - 2:0 (0:0)
Maccabi (Netanya, İsrail) – Kuopio (Finlandiya) - 1:2 (0:2)
Mura (Sloveniya) - CSKA (Sofiya, Bolqarıstan) - 0:0 (0:0)
Osijek (Xorvatiya) – Kalmar (İsveç) - 1:3 (1:1)
Slovan (Bratislava, Slovakiya) – Videoton (Macarıstan) - 1:1 (1:1)
Vojvodina (Serbiya) - Suduva (Litva) - 1:1 (0:0)
Hajduk (Xorvatiya) – Skonto (Latviya) - 2:0 (1:0)
Şiroki Brijeg (Bosniya) - St Patrick's (İrlandiya) - 1:1 (0:1)
