19 iyul 2012 12:15
Bakı Əzimovu qovub, yeni baş məşqçisini açıqladı
Avropa Liqasında uğursuz çıxış “Bakı”nın baş məşqçisi Novruz Əzimova baha başa gəlib. Azerisport.az xəbər verir ki, Avroliqanın birinci təsnifat mərhələsində Sloveniya “Mura”sına gözlənilməz şəkildə məğlub olan (0:0, 0:2) “zolaqlılar”ın çalışdırıcısı postundan qovulub.
Belə ki, klub prezidenti Hafiz Məmmədov onu istefaya göndərməyə qərar verib. Bu üzdən də “Bakı”nı növbəti mövsümdən yeni məşqçi çalışdıracaq.
Artıq paytaxt klubunun yeni baş məşqçisinin kimliyi də bəllidi. Belə ki, klub rəhbərliyi bu postu serbiyalı mütəxəssis Bojidar Bandoviçə həvalə edib.
Qeyd edək ki, Bandoviç “Bakı”da idman direktoru vəzifəsini tuturdu. 0:0, 0:2). Halbuki, o, bir müddət öncə “zolaqlılar”la işbirliyinə başlayanda, nə vaxtsa baş məşqçi postuna gətiriləcəyi istisna olunmurdu.
Maraq üçün xatırladaq ki, Bandoviç “Olympiacos” (2010), “Kerkyra” (2010-2011) və AEL (2012) kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.
