19 iyul 2012 12:23
Novruz Əzimov: Bandoviçə uğurlar arzulayıram
“Bakı”nın baş məşqçisi postundan uzaqlaşdırılan Novruz Əzimov istefasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünən klub prezidenti Hafiz Məmmədov baş məşqçi postuna Bojidar Bandoviçin təyin olunması haqda qərar verdi. Mən isə idman direktoru vəzifəsində çalışacağam. Rəhbərliyin qərarını müzakirə etmək olmaz. Bandoviçə yeni vəzifəsində uğurlar arzulayıram. “Bakı” böyük qələbələrə layiqdi. İnanıram ki, gələcəkdə komandada hər şey yaxşı olacaq”.