19 iyul 2012 00:18
Kamerun millisinin hücumçusu Qarabağda (FOTO)
“Qarabağ” Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda ötən gün axşam məşqini yerli vaxtla 18:30-da keçirib.
90 dəqiqə davam edən məşq toplu çalışmalara həsr olunub. Səhər məşqində fərdi çalışan Hacı Əhmədov kollektiv çalışmalarda iştirak etsə də, səhər məşqində yüngül zədə alan Rəşad Sadıqov və Rauf Əliyev məşqi kənardan seyr edib.
Bu arada, “Qarabağ”ın düşərgəsinə yeni futbolçu gəlib. Bu, hücumçu Kris Mbondi. Kamerunlu forvard İsveçrənin “Sion” klubundan gəlib. U-20 millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında baş tutan Dünya çempionatında millisinin şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 sm boya malikdi.
Mbondi haqqında yaxın günlərdə qərar veriləcək.
