19 iyul 2012 12:33
Simurq iki futbolçudan imtina etdi
“Simurq” Avstriya toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu dünən növbəti məşqinə çıxıb.
Əvvəlcə komanda fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fitnez zalında tapşırıqları yerinə yetirib. Məşqin sonunda isə yüngül qaçış və iki tərəfli oyunla bu günlük idman tamamlanaraq, futbolçulara istirahət verilib.
Baxışda olan legioner futbolçulardan sloveniyalı mərkəz müdafiəçisi Milan Andelkoviç və slovakiyalı qapıçı Darko Brlyak baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilməyərək geri göndərilib.
