19 iyul 2012 00:26
“Yeni mövsümdə hədəfimiz zirvədə olmaqdı”
“Dörd ildir yeni mövsümə hazırlığımızı Qızılcahamamda keçiririk. Bura bizim üçün ilk seçimdi. Bu il də orada çox gözəl təlim-məşq toplanışı keçirdik”.
Azerisport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına açıqlamasında deyib. Növbəti mövsümə hazırlığını Türkiyədə keçirən ağdamlılar vətəndə qısa müddətlik istirahətdən sonra Qızılcahamamda 2-ci təlim-məşq toplanışına başlayıb.
Qurbanovun sözlərinə görə, buradakı məşqlərlə Azərbaycana hazır şəkildə qayıdırlar: “Yeni mövsümdə hədəfimiz zirvədə olmaqdı. Ən böyük hədəfimiz Premyer Liqanı çempion kimi başa vurmaqdır. Amma bunu bacarmasaq, ən azından avrokuboklara qatılmaq istəyirik”.
