19 iyul 2012 12:52
İnter Asterasla matça hazırdı (FOTO)
Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter" - "Asteras" qarşılaşması keçiriləcək. Azerisport.az xəbər verir ki, oyuna hazırlıqlarını "AZAL Arena"da keçən Kaxaber Tsxadadzenin yetirmələri dünən matçın baş tutacağı "Dalğa Arena"da oyunöncəsi məşqə çıxdılar.
Bir saata yaxın davam edən məşqdə futbolçular topla çalışdılar. Xatırladaq ki, "İnter" - "Asteras" matçı bu gün saat 21.00-da başlayacaq.
