20 iyul 2012 11:34

“Bunun üçün əlimdən gələnin 100 faizini ortaya qoyacam”

“Qəbələ” dedikdə ilk ağla gələn futbolçulardan biri də Dodo olur. Azerisport.az xəbər verir ki, meydançada və meydançadan kənardakı hərəkətləri ilə bütün “Qəbələ”sevərlərin məhəbbətini qazanan braziliyalı Sloveniyada baş tutan təlim-məşq prosesi zamanı zədə ucbatından qısa müddətlik meydançadan kənar qalsa da, yenidən işinin başına qayıdıb. Hər zaman çılğın və simpatik hərəkətləri ilə komandaya müsbət enerji verən Dodo söhbət zamanı da öz səmimiyyəti və rahatlığı ilə diqqət çəkdi.
 
- Bir neçə gün zədəyə görə məşqlərdən kənar qaldın. İndi özünü necə hiss edirsən?
- Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Qısa fasilədən sonra yenidən komandaya qayıtmaq, meydançaya çıxmaq sevindiricidir. Buradakı atmosfer psixoloji cəhətdən də mənə müsbət təsir edir. Bir sözlə hər şey əladır.
 
- Qısa müddət də olsa meydançadan kənar qalmaq, komandanı kənardan izləmək sənə necə təsir edirdi?
- Futbol mənim üçün sadəcə iş deyil, futbol həyat tərzimdir. Ona görə futboldan az müddət də olsa kənar qalmaq mənə ağır gəlir. Məşq etməyi, çalışmağı sevirəm. Komandadan kənar qalmaq çox çətin və sıxıcı idi. Yaxşı başa düşürəm ki, məşqlərə ara vermək futbolçuya, nəticədə isə komandaya mənfi təsir göstərir. Artıq məşqlərə başlamışam. Bu mənim üçün yenidən doğulmaq kimidir.
 
- Qarşıda “Qəbələ”ni çətin marafon gözləyir. Özünü fiziki və psixoloji cəhətdən çempionata hazır hesab edirsən?
- Çempionatın bitməsindən sonra məşqlərə bir aydan artıq ara verməyimə baxmayaraq, fiziki baxımdan yaxşı durumdayam. Bütün fiziki testlərdən də uğurla keçmişəm. O ki qaldı psixoloji duruma özümü çox rahat hiss edirəm. Klub rəhbərliyi arxamızdadır, daim bizi diqqət mərkəzində saxlayırlar, problemlərimizlə maraqlanırlar, bizi darıxmağa, sıxılmağa qoymurlar. Ailəmdə də vəziyyət yaxşı olduğuna görə bütün diiqətimi futbola yönəltmişəm. 
 
- Hazırlıq prosesi necə gedir? Fikrincə komanda çempionatın startına kimi tam hazır olacaq?
- Hazırlıq prosesi yüksək tempdə davam edir. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Gündəlik məşqlərimizi izləyərək bunun şahidi ola bilərsiniz. Hər gün biraz daha müsbətə doğru irəliləyiş olur. Artıq Sloveniyada iki yoxlama oyununda gücümüzü sınamışıq. Düzdür, hər iki oyunda məğlub olduq. Amma indiki vəziyyətdə belə nəticələri normal saymaq olar. Komandada yeni futbolçular var və onların heyətə uyğunlaşması üçün müəyyən zamanın keçməsi mütləqdir. Əminəm ki, çempionatın startına kimi istədiyimiz hazırlıq səviyyəsini yaxalayacağıq.
 
- Arxada qoyduğumuz mövsümdə komandanın liderlərindən idin. Səncə növbəti futbol ilində də komandanı arxanca apara biləcəksənmi?
- Futbol komanda oyunudur. Əgər keçən il hər hansı uğurum olubsa, bunu kollektivə görə qazanmışam. Oyunumun yaxşı alınmasında hər bir futbolçunun, məşqçilər korpusunun əməyi var. İnanıram ki, növbəti mövsümdə gücümüzü ortaya qoyub istədiyimiz nəticələri qazanacağıq. Mən bunun üçün əlimdən gələnin 100 faizini ortaya qoyacam.
 
- Komandaya bir neçə yeni futbolçu cəlb olundu. Fikrincə yeni transferlər komandaya hədəflərinə çatmaqda yardımçı ola biləcəkmi?
- Buna şübhəm yoxdur. Yeni transferlər komandadakı boşluqları doldurdular. Xüsusən müdafiə xəttimiz çox gücləndi. Qalır bircə komplektləşmək. Hamılıqla çalışıb bu missiyanın da  öhdəsindən layiqincə gələcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.