20 iyul 2012 11:48
Qəbələnin Sloveniya toplanışı davam edir (FOTOREPORTAJ)
Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin yeddinci gününü iki məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, günün birinci yarısında baş tutan məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib.
İlk məşq ikitərəfli matçla sona çatıb. Günün ikinci yarısında isə əsasən toplu çalışmalara üstünlük verilib. Təlim-məşq prosesinin yeddinci gününə ikitərəfli oyun və müxtəlif məsafələrdən qapıya zərbələrlə yekun vurulub.
Hazırlıq posesində zədəsi olan Rəşid Əmiraslanov iştirak etməyib.
