20 iyul 2012 11:53
Asterasın müdafiəçisi: Bakıdakı matçın nəticəsindən razıyıq
Yunanıstanın “Asteras” klubunun müdafiəçisi Leandro Alvares Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahiəsində o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Biz ilk oyunun nəticəsindən razı qala bilərik. Birincisi, səfərdə uduzmadıq. İkincisi isə səfər qolunu vurmağı bacardıq. İndi doğma meydanda keçiriləcək cavab oyununa hazırlaşa bilərik”.
