20 iyul 2012 12:04
Millimizin üzvü yeni klubunda debüt edə bilmədi
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ufuk Budakın çıxış etdiyi “Eskişehirspor” Avropa Liqasında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Türkiyə klubu Şotlandiyanın “St Johnstone” komandasını qəbul edib.
Oyun “Eskişehirspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 41-ci dəqiqədə Alper Potuk açıb. 65-ci dəqiqədə isə Frazer Vrayt avtoqola imza atıb.
Ufuk Budak bu oyunda “Eskişehirspor”da debüt edə bilməyib. Belə ki, millimizin üzvünün adı 18 nəfərlik heyətə salınmayıb.
