20 iyul 2012 12:27
Simurqun prezidenti klubun Avstriyadakı düşərgəsində
Növbəti mövsümə hazırlıqları Avstriyada davam etdirən “Simurq”un rəhbərliyi komandanın məşqlərini izləyib. Azerisport.az xəbər verir ki, klubun prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rızayev komandanın hazırlıq durumu ilə tanış olub, baş məşqçi Georgi Çixradze ilə müzakirələr aparıb.
Qeyd edək ki, klub rəhbərliyi qarşıdakı Almaniyanın “Dinamo” (Drezden) klubu ilə keçiriləcək yoxlama görüşündə də komandanı yalnız buraxmayacaq.
