20 iyul 2012 12:46
Xəzər Lənkəran Alvizlə Tounkaranı itirdi
Avropa Liqasındakı təmsilçimiz “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Lənkəran klubu Polşa “Lech”i ilə cavab oyununda iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Roberto Alviz və Sadio Tounkaradı. Hər iki futbolçu cəzalı duruma düşdüyü üçün Polşadakı oyunu buraxacaq.
Qeyd edək ki, Alviz “Nomme Kalju” və “Lech”lə ev, Sadio “Nomme Kalju” ilə səfər, “Lech”lə ev oyununda sarı vərəqə alıb.
