20 iyul 2012 13:12
Bakının qənimi yenə uduzmadı
Xəbər verdiyimiz kimi, Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə bütövlükdə 80 klub mübarizə aparır.
Dünən 40 oyun baş tutub və onlardan ikisində Azərbaycan klubları meydana çıxıb. “İnter” “Asteras”la (Yunanıstan), “Xəzər Lənkəran” “Lech”lə (Polşa) heç-heçə edib – 1:1.
Birinci təsnifat mərhələsində “Bakı”nı mübarizədən kənarlaşdırmış Sloveniya “Mura”sı Sofiya CSKA-sını (Bolqarıstan) qəbul edib. Sloveniyada baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Matçın 37-ci dəqiqəsində “Mura”dan Leon Horvat, 69-cu dəqiqəsində isə CSKA-dan Killian Şeridan meydandan qovulub.
