20 iyul 2012 01:52
Pit: Evdə bacarmadağımızı Polşada həyata keçirməliyik
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Biz bu oyunda qələbə qazanmalı idik. Fikrimcə, oyunumuzla buna layiq idik. Amma “Lech” sıx müdafiə olunurdu. Bu da bizim işimizi çətinə salırdı. İndi evdə bacarmadığımızı Polşada həyata keçirməliyik”.
