20 iyul 2012 13:44
Simurqun sabiq futbolçuları Rusiya klubunda
“Simurq”un iki sabiq üzvü karyerasını Rusiyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, Vidas Alunderis və Robertos Poşkus “Sibir” klubuna keçib.
Bu barədə “Sibir”in rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, litvalı futbolçularla rəsmi müqavilə bağlanıb.
Qeyd edək ki, Vidas Alunderis 2011-2012 mövsümündə “Simurq”da 26 oyun keçirib və 1 qol vurub. Robertas Poşkus isə 2009-2011-ci illərdə “İnter”də 52 oyun keçirib və 17 qol vurub. Litvalı forvard 2011-2012 mövsümündə “Simurq”da oynayıb – 15 oyun, 8 qol.
“Sibir”ə “Simurq”un sabiq baş məşçqsi Sergey Yuran başçılıq edir.
