20 iyul 2012 13:51
Kristian Panuççi də Bakıya gələcək
Futbol üzrə Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun köməkçiləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, qonşu ölkə millisinə özü ilə yanaşı daha beş mütəxəssis gətirəcək.
Bunlar Oreste Çinkuni, Franko Tankredi, Massimo Neri, İtalo Qalbyati və Kristian Panuççidi. Bununla yanaşı Kapelloya yerli Andrey Talalayev də kömək edəcək. O, məşqçi-tərcüməçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.
