20 iyul 2012 14:03
Xəzər Lənkəranı məyus edən futbolçu danışdı
Polşanın “Lech” klubunun yarımmüdafiəçisi Mateuş Mojdjen Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Çox şadam ki, vurduğum qol meydan sahiblərinin hesabı açmasına erkən cavab oldu. Biz hələ oyundan öncə də qarşılaşmaya daha ehtiyatlı başlamaq barədə danışmışdıq. Amma fərdi səhvlər erkən qolla nəticələndi. Biz bunu öncədən görməliydik”.
