20 iyul 2012 14:16

Kamran Ağayev: Xəzər Lənkəran Poznanda qələbə qazanmağa qadirdi

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Polşa klubunu niyə məğlub edə bilmədiniz?
- Məğlub edə bilməsək də, pis oyun keçirmədik. Ümumiyyətlə, komandamız pis təsir bağışlamadı. Amma heç də bütün istədiklərimizi həyata keçirə bilmədik. Qarşıda cavab oyunu var. Hər şeyə orda aydınlıq gələcək. Mən daha çox diqqəti oyun başa çatmamış stadionu tərk etməyə başlayan azarkeşlərimizə yönəltmək istəyirəm.
 
- Bu, komandaya çoxmu pis təsir edir?
- Şübhəsiz. İstəsən də, istəməsən də, təsir göstərir. Futbolda hər saniyədə nəyisə dəyişmək mümkündü. Təki, azarkeşlər sona kimi bizə inansınlar.
 
- Sizcə, komandaya qələbə qazanmaq üçün nə çatmırdı?
- Bunu bizə baş məşqçi deyəcək. Hər halda onlar bu oyunu yaxşı analiz edəcəklər.

- Bəs siz özünüz nə düşünürsüz?
- Səbəb axtarmaq istəmirəm. Amma havanın kəskin dəyişməsi bizə daha çox təsir göstərdi, nəinki qonaqlara. İlk hissəni güclü yağış altında keçirəcəyimizi gözləmirdik.

- Rəqib barədə nə deyərdiniz?
- Güclü komandadı. Belə oyunlarda kifayət qədər böyük təcrübələri var. Amma bu, əvvəlki “Lech” deyil. Hesab edirəm ki, biz də güclənmişik.
 
- Oyundan sonra Yunis Hüseynov bildirdi ki, futbolçular rəqibin adı-sanı qarşısında bir qədər çəkinirdilər...
- Əgər bunu mənə aid etmək istəyirsinizsə, elə deyil. Mənim xeyli beynəlxalq oyun təcrübəm var. Nisbətən güclü rəqibə qarşı oynayırdıq. Amma indiyə qədər elə bir hiss keçirməmişəm. Komanda yoldaşlarım haqda isə bunu deyə bilmərəm. Bəlkə də elə qələbə qazanmağımıza bu mane oldu.
 
- “Xəzər Lənkəran”dan cavab oyununda nə gözləyək?
- Ancaq qələbə! Biz buna qadirik. İlk oyun da bunu təsdiq etdi.
 
- Özünüzdən çox əminsiz?
- Bizə səfərdə cəmi bir qol lazımdı. Hər halda bunun üçün ixtiyarımızda 90 dəqiqə var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.