20 iyul 2012 14:27
Yasmin Buriç: Buraxdığımız erkən qol bizi daha da diqqətli olmağa məcbur etdi
Polşanın “Lech” klubunun qapıçısı Yasmin Buriç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Oyunun başlanğıcı da göstərdi ki, biz ilk dəqiqələrdən matça konsentrasiya ola bilməmişdik. Buna görə də erkən qol buraxdıq. Məhz bu üzdən futbolçularımız daha diqqətli olmaq məcburiyyətində qaldılar. Xoşbəxtlikdən biz özümüzə tez gələ və heç-heçəyə nail ola bildik”.
