20 iyul 2012 14:38
Slusarski: Mən Mojdjenə ötürmə verməyə hazırlaşmırdım
Polşanın “Lech” klubunun yarımmüdafiəçisi Bartoş Slusarski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Hesab edirəm ki, ilk oyunun nəticəsi bizim ümumi uğurumuza ümid etməyə əsas verir. Səfərdə vurulan qol bizə çox lazım idi. Öz tərəfimdən deyə bilərəm ki, mövsümün başlanğıcından çox razıyam. Mojdjenə vurduğu qola görə təşəkkürümü bildirirəm. Düzünü deyim ki, mən onun tərəfə ötürmə etmək istəmirdim. Ubiparipə ötürmək vermək fikrindəydim. Amma top sonda məhz Mojdjenə qismət oldu”.
