20 iyul 2012 02:53
Vüqar Əsgərovun komandası Polşa klubuna məğlubiyyətdən xilas oldu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın “Metallurg” klubu Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Lipaya klubu ikinci təsnifat mərhələsində Polşanın “Legia” klubu ilə mübarizə aparır.
Həmyerlimizin komandası bu rəqibi ilə ilk oyununu doğma meydanda keçirib. Oyunda hesabı meydan sahibləri açsalar da, qonaqlar cavab qolunu vurmaqla yanaşı, önə də keçməyə nail olublar. Buna baxmayaraq, “Metallurg” sonda məğlubiyyətdən xilas olmağı bacarıb – 2:2.
Vüqar oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Amma o, meydana çıxmaq şansı qazanmayıb.
