20 iyul 2012 02:45
Sumqayıt Qəbələ üzərində qələbəyə sevindi
2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin yetirmələri “Qəbələ”nin əvəzedicilərini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qollardan birini Şəmsi Əlisoylu vurub, digər top isə avtoqol nəticəsində “Qəbələ”nin qapısından keçib.
Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri ötən həftə “Bakı” ilə üz-üzə gəlmişdi (2:3).
