20 iyul 2012 15:23
Nikolas Kanales: İlk oyunda qazandığımz 3:0 hesablı qələbə çox yaxşı nəticədi
“Neftçi”nin hücumçusu Nikolas Kanales UEFA Çempionlar Liqasında Gürcüstan “Zestafoni”si ilə ikinci təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çilili futbolçu 3:0 hesablı qələbə qazandıqları və özünün də qol vurduğu görüşlə bağlı bunları dilə gətirib:
“Xoşbəxt olmaya bilmərəm. Biz rəqib qapısına üç qol vura və qələbə qazana bildik. Çox yaxşı nəticədi. Amma cavab oyununa da yaxşı köklənmək lazımdı”.
“Xoşbəxt olmaya bilmərəm. Biz rəqib qapısına üç qol vura və qələbə qazana bildik. Çox yaxşı nəticədi. Amma cavab oyununa da yaxşı köklənmək lazımdı”.
Qeyd edək ki, cavab görüşü iyulun 24-də Zestafonidəki “David Abaşidze” stadionunda keçiriləcək və 22:00-da start götürəcək.
