20 iyul 2012 20:50
Simurq Almaniya klubuna 2 cavabsız qolla uduzdu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Almaniya təmsilçisi ilə görüşdə sınayıb.
Belə ki, rəqib Drezden “Dinamo”su idi. Bu mövsüm artıq bir neçə klubumuzla üz-üzə gələn sözügedən komanda bu dəfə də Zaqatala təmsilçisini sınağa çəkib. Almanlar "Simurq" üzərində 2 cavabsız qolla qələbə qazanıblar.
Qeyd edək ki, “Simurq” Avstriyadakı ilk sınaq matçını Səudiyyə Ərəbistanı təmsilçisi “Al Ahli Jeddah” klubuna qarşı keçirmiş və 1:3 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
20 iyul
Simurq – Dinamo (Drezden) - 0:2 (0:1)
Oyun başladı
10-cu dəqiqədə almanlar hesabı açırlar - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
60-cı dəqiqədə "Simurq" qapısında ikinci qolu görür - 0:2
Matç başa çatdı
