20 iyul 2012 15:18

Neftçi növbəti mərhələdə İsrail və Slovakiya klublarından birinə rəqib olacaq (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
 
Püşkdən öncə iştirakçı komandalar səbətlərə bölünmüşdülər. Belə ki, Komandalar çempionlar və qeyri-çempionlardan ibarət idilər. Birincilər 20, ikincilər isə 4 cüt təşkil edəcəkdilər. Səbətlərin tərkibi isə aşağıdakı kimi idi:
 
 
Çempionlar
 
Səpələnmişlər
Səpələnməmişlər
Anderlecht (Belçika)
Ulisses (Ermənistan) – Şerif (Moldova)
Celtic (Şotlandiya)
HJK (Finlandiya) - Reykjavik (İslandiya)
CFR Cluj (Rumıniya)
NEFTÇİ (AZƏRBAYCAN) – Zestafoni (Gürcüstan)
Flora (Estoniya) – Basel (İsveçrə) 
Slovan (Çexiya) - Şaxtyor (K, Qazaxıstan)
BATE (Belarus) - Vardar (Makedoniya)
Skenderbeu (Albaniya) – Debrecen (Macarıstan)
Dudelange (Lüksemburq) - Salzburg (Avstriya)
Shamrock Rovers (İrlandiya) – Ekranas (Litva)
Ludogorets (Bolqarıstan) - Dinamo (Z, Xorvatiya)
AEL Limassol (Kipr) – Linfield (Şimali İrlandiya)
Zilina (Slovakiya) - İroni Kiryat Shmona (İsrail)
Maribor (Sloveniya) – Zeljeznicar (Bosniya)
Valletta (Malta) – Partizan (Serbiya)
Molde (Norveç) – Ventspils (Latviya)
The New Saints (Uels) - Helsingborg (İsveç)
Buducnost (Monteneqro) – Slask (Polşa)
 
 
Qeyri-çempionlar
 
Səpələnmişlər
Səpələnməmişlər
Dinamo (Kiyev, Ukrayna)
Brugge (Belçika)
Panathinaikos (Yunanıstan)
Vaslui (Rumıniya)
Copenhagen (Danimarka)
Feyenoord (Hollandiya)
Fenerbahçe (Türkiyə)
Motherwell (Şotlandiya)
 
Tədbirdə Azərbaycan çempionu “Neftçi” də növbəti rəqibinin kimliyini bilib. İkinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sinə rəqib olan və artıq ilk oyununda qazandığı 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yaxın olan təmsilçimiz Avropanın nəhəng klublarından birini Bakıya gətirə bilərdi. Üçüncü təsnifat mərhələsinin püşkatması zamanı həm “Neftçi”, həm də “Zestafoni” “səpələnməmişlər” səbətində yer almışdılar. Belədə, Azərbaycan çempionu “səpələnmişlər” arasındakı daha güclü komandalardan birinə rəqib olmalı idi.
 
Püşkatmaya qısa müddət qalmış UEFA “ağ-qaralar”ın potensial rəqiblərinin siyahısını məhdudlaşdırmışdı. Belə ki, paytaxt klubunun rəqibi ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı dörd cütün qalibindən biri və ya mübarizəyə birbaşa üçüncü mərhələdən başlayacaq Şotlandiyanın “Celtic” klubu olacaqdı:
 
Celtic (Şotlandiya)
Flora (Estoniya)/Basel (İsveçrə) (ilk oyunları - 0:2)
Ludogorec (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) (1:1)
Jilina (Slovakiya)/Hapoel (İroni Kiryat, İsrail) (1:0)
Valletta (Malta)/Partizan (Serbiya) (1:4)
 
Püşk nəticəsində komandamızın bu dəfə də bəxtinin gətirdiyini demək olar. Belə ki, "ağ-qaralar" növbəti mərhələdə ya Slovakiya "Jilina"sı, ya da İsrail "Hapoel"i (İroni Kiryat Shmona) ilə üz-üzə gəlməlidi. Bu komandalar arasındakı ilk görüş slovakların minimal hesablı qələbəsiylə başa çatıb. Yeri gəlmişkən bildirək ki, "Neftçi" mərhələ adlasa, bu komandalardan biri ilə ilk oyununu səfərdə, cavab görüşünü isə evdə keçirəcək.
 
Bütövlükdə isə, üçüncü təsnifat mərhələsində qarşılaşacaq bütün cütlər aşağıdakı kimi olacaq:
 
Jilina/Hapoel c/q - Neftçi/Zestafoni c/q
Maribor/Zeljeznicar c/q - BATE/Vardar c/q
CFR CLuj - Slovan/Şaxtyor (K) c/q
Anderlecht - Shemrock Rovers/Ekranas c/q
Buducnost/Slask c/q - TNS/Helsingborg c/q
Skenderbeu/Debrecen c/q - Dudelange/Salzburg c/q
Ulisses/Şerif c/q - Ludogorec/Dinamo (Z) c/q
Celtic - HJK/Reykjavik c/q
Molde/Ventspils c/q - Flora/Basel c/q
Valletta/Partizan c/q - AEL/Linfield c/q
 
Dinamo (K) - Feyenoord
Fenerbahece - Vaslui
Motherwell - Panathinaikos
Copenhagen - Brugge
 
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin oyunları isə 31 iyul-1 avqust və 7-8 avqust tarixlərində keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.