20 iyul 2012 15:37
İnterin rəqibi heyətinə daha bir futbolçu qatdı
Yunanıstanın “Asteras” klubu heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, Tripolis klubu daha bir müdafiəçi alıb.
Bu, seneqallı arxa xətt oyunçusu Xalif Şankardı. Artıq onunla müqavilə imzalanıb. Amma güman ki, o, Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”ə qarşı forma geyə bilməyəcək.
Qeyd edək ki, “İnter”lə “Asteras” arasında ötən gün baş tutan ilk qarşılaşma 1:1 hesabıyla başa çatdı. Cavab görüşü isə iyulun 26-da Yunanıstanda keçiriləcək və saat 22:00-da başlayacaq.
