20 iyul 2012 16:54

XL və İnter də növbəti rəqiblərini tanıdı (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirdə çıxış edən klublarımız da növbəti rəqiblərinin adlarını öyrənib.
 
Qeyd edək ki, Azərbaycanın təmsilçilərindən yoluna davam edənlər “Xəzər Lənkəran”la “İnter”di. Ötən gün ikinci təsnifat mərhələsində ilk oyunlarını keçirən klublarımız müvafiq olaraq Polşa “Lech”i və Yunanıstan “Asteras”ı ilə mübarizə aparır. Onlar bu rəqiblərini keçəcəkləri halda məhz bu gün bəlli olan potensial rəqibləri ilə qarşılaşmaları olacaqlar.
 
Üçüncü təsnifat mərhələsinə adlayacaqları təqdirdə “Xəzər Lənkəran”la “İnter”i nəhəng rəqiblər gözləyir. “İnter” üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer almışdı. Çünki Bakı klubu kimi, Yunanıstan təmsilçisi də reytinqinə görə də elə də yuxarılarda yer almır. Belədə, “bankirlər” özündən daha güclü rəqiblərlə düşməyə məcbur idi. “İnter”dən fərqli olaraq, “Xəzər Lənkəran”ın bu mənada bəxti bir qədər gətirmişdi. Belə ki, “ağ-yaşıllar” rəqib komandanın – “Lech”in yüksək reytinqi sayəsində püşkatma mərasimi zamanı “səpələnmişlər” səbətində qərarlaşmışdı.
 
Səpələnmişlər
Səpələnməmişlər
Inter (İtaliya)
Arsenal (Kiyev, Ukrayna)
Liverpool (İngiltərə)
Dundee United (Şotlandiya)
Olympique (Marsel, Fransa)
Horsens (Danimarka)
Athletic (İspaniya)
Omonia (Kipr)
Bursaspor (Türkiyə)
Eskişehirspor (Türkiyə) - St. Johnstone (Şotlandiya)
Maritimo (Portuqaliya)
Hajduk (Xorvatiya) – Skonto (Latviya)
Rapid (Vyana, Avstriya)
AIK (İsveç) - Hafnarfyordur (İslandiya)
Dinamo (Moskva, Rusiya)
Renova (Makedoniya) - Gomel (Belarus)
Hannover (Almaniya)
Vojvodina (Serbiya) - Suduva (Litva)
PAOK (Yunanıstan)
JJK (Finlandiya) - Zeta (Monteneqro)
Steaua (Buxarest, Rumıniya)
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Vitesse (Hollandiya)
Sparta (Çexiya)
Tirana (Albaniya) – Aalesund (Norveç)
Heerenveen (Hollandiya)
Maccabi (Netanya, İsrail) – Kuopio (Finlandiya)
Genk (Belçika)
Mlada Boleslav (Çexiya) - Tor Akureyri (İslandiya)
Twente (Hollandiya) – Inter (Finlandiya)
Milsami (Moldova) – Aktobe (Qazaxıstan)
APOEL (Kipr) – Senica (Slovakiya)
Slaven (Xorvatiya) – Portadown (Şimali İrlandiya)
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) - Lech (Polşa)
Osijek (Xorvatiya) – Kalmar (İsveç)
Rosenborg (Norveç) – Ordabasi (Qazaxıstan)
Servette (İsveçrə) – Gandzasar (Ermənistan)
Levadia (Estoniya) – Anorthosis (Kipr)
Jalgiris (Litva) - Admira Wacker (Avstriya)
Young Boys (İsveçrə) – Zimbru (Moldova)
Bnei Yehuda (İsrail) – Shirak (Ermənistan)
Viktoria (Çexiya) – Metallurg (Rustavi, Gürcüstan)
Slovan (Bratislava, Slovakiya) – Videoton (Macarıstan)
Gent (Belçika) – Differdange (Lüksemburq)
Rapid (Buxarest, Rumıniya) – MYPA (Finlandiya) c/q
Metallurg (Liepaya, Latviya) – Legia (Polşa)
İNTER (AZƏRBAYCAN) – Asteras (Yunanıstan)
Levski (Bolqarıstan) – Sarajevo (Bosniya)
Şaxtyor (Saqirosk, Belarus) – Ried (Avstriya)
Naftan (Belarus) – Crvena Zvezda (Serbiya)
Spartak (Trnava, Slovakiya) - Sligo Rovers (İrlandiya)
Metallurg (Donetsk, Ukrayna) – Çelik (Monteneqro)
Şiroki Brijeg (Bosniya) - St Patrick's (İrlandiya)
Mura (Sloveniya) - CSKA (Sofiya, Bolqarıstan)
Ruch (Polşa) - Metallurg (Skopye, Makedoniya) c/q
Anji (Rusiya) – Honved (Macarıstan)
Aarhus (Danimarka) - Dila Gori (Gürcüstan)
Dacia (Moldova) – Elfsborg (İsveç)
Olimpija (Lyublyana, Sloveniya) – Tromse (Norveç)
 
Püşkatma öncəsi UEFA klublarımızın potensial rəqiblərinin siyahısını məhdudlaşdırımışdı. Belə ki, “Xəzər Lənkəran”la “İnter”in rəqibləri aşağıda göstərilən klublar arasından seçiləcəkdi.
 
“Xəzər Lənkəran”ın potensial rəqibləri:
Omonia (Kipr)
Slovan (Bratislava, Slovakiya) – Videoton (Macarıstan) cütünün qalibi
Eskişehirspor (Türkiyə) - St. Johnstone (Şotlandiya) c/q
Jalgiris (Litva) - Admira Wacker (Avstriya) c/q
JJK (Finlandiya) - Zeta (Monteneqro) c/q
AIK (İsveç) - Hafnarfyordur (İslandiya) c/q
 
“İnter”in potensial rəqibləri:
Hannover (Almaniya)
Athletic (İspaniya)
Metallurg (Liepaya, Latviya) – Legia (Polşa) c/q
Anji (Rusiya) – Honved (Macarıstan) c/q
Rosenborg (Norveç) – Ordabasi (Qazaxıstan) c/q
Maritimo (Portuqaliya)
 
Püşkatma nəticəsində "İnter"in bəxtinə "Maritimo" çıxıb. "Bankirlər" "Asteras"ı keçə bilsə, Portuqaliya klubu ilə ilk oyununu evdə, cavab matçını səfərdə keçirməli olacaq. 
 
"Xəzər Lənkəran"ın bəxtinə isə AİK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi düşüb. Bu klublar arasında keçirilən ilk oyun 1:1 hesabıyla başa çatıb. "Ağ-yaşıllar" da mərhələ adlayacaqları halda ilk matçını evdə keçirməlidi.
 
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 2-də, cavab görüşləri isə bir həftə sonra - ayın 9-da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.