20 iyul 2012 17:29
Georgi Nikolov: Asterasla oyunun baş hakimi kobud səhvlərə yol verdi
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubuna qarşı keçirdikləri ilk oyunun hakimliyini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu gün komandanın baş məşqçisi Kaxaber Tsxadadze ilə matçın videoyazısına baxdıq. Bir neçə epizodda baş hakim kobud səhvlərə yol verib. Hakimliyin daha yaxşı olmasını arzulardıq. Oyun barədə yalnız onu deyə bilərəm ki, biz ələ düşən qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. İnanıram ki, cavab matçında daha yaxşı oynayıb, Yunanıstan klubunu keçəcəyik”.