20 iyul 2012 18:23
Dünən Asteras, bu gün Şuşa
Xəbər verdiyimiz kimi, dünən "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Asteras" klubuyla qarşılaşıb. Azerisport.az xəbər verir ki, bu görüşdə 1:1 hesablı heç-heçə qedə alınmışdı.
Bu gün isə “bankirlər” Azərbaycanın birinci divizionunda çıxış edən "Şuşa" ilə yoxlama görüşü keçirəcək. Qeyd edək ki, bu matçda əsasən dünənki oyunda meydana çıxmayan futbolçular forma geyinəcək.
Əlavə edək ki, bu qarşılaşma "Dalğa-Arena" stadionunda keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.
