20 iyul 2012 18:54
Bakı legionerləri ilə yollarını ayırır
UEFA Avropa Liqasında gözlənilməz uğursuzluqla üzləşən və buna görə ciddi tənqid olunan “Bakı” legionerlərindən bəziləri ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, Novruz Əzimovun istefaya göndərilməsinin ardından bəzi futbolçuların da komandadan uzaqlaşdırılması istisna deyil.
Belə ki, komandanın yeni baş məşqçisi Bojidar Bandoviç klub rəhbərliyi ilə heyətdə görmək istəmədiyi futbolçularla bağlı müzakirələr aparır. Hansı ki, onlar Sloveniya “Mura”sı ilə oyunlarda ümidləri doğrultmadılar. Premyer Liqanın startına qədər Bandoviçin seçimini açıqlaması gözlənilir.
