20 iyul 2012 20:01
Qəbələ Sloveniyada özünə daha bir rəqib tapdı
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı üçüncü rəqibin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, kmanda iyulun 21-də Bakı vaxtı ilə 21:00-da Serbiya təmsilçisi “Rad” Belqrad ilə üz-üzə gələcək.
Paytaxt Belqradı təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.
