26 iyul 2012 01:45
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin bu mərhələsində 34 klub mübarizə aparırdı.
Onlardan biri də Azərbaycan təmsilçisi “Neftçi” idi. “Ağ-qaralar” Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdırmalıydı. Komandamız ilk cəhdində darmadağın etdiyi bu komanda ilə səfərdə də heç-heçə etməyi bacarıb və üçüncü təsnifar mərhələsinə yüksəlib.
Digər qarşılaşmaların siyahısı, eləcə də qeydə alınan nəticələr isə aşağıdakı kimidi. Qeyd edək ki, növbəti mərhələyə adlayan 17 klubun adı fərqləndirilib:
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunları)
24 iyul
Şaxtyor (Karaqandi, Qazaxıstan) - Slovan (Çexiya) - 1:1 (ilk oyun 0:1)
Qollar: Kukeyev, 40 - Blajek, 120.
Ventspils (Latviya) - Molde (Norveç) - 1:1 (0:3)
Qollar: Kurakins, 24 - Eykrem, 37.
Red Bull Salzburg (Avstriya) - Dudelange (Lüksemburq) - 4:3 (0:1)
Qollar: Yantşer, 28, Hinteregger, 37, Kristiano, 81-pen, Da Silva, 82 - Melisse, 26, Yoahim, 49, Steynmets, 57.
İroni Kiryat Shmona (İsrail) - Jilina (Slovakiya) - 2:0 (0:1)
Qol: Abed, 71, Abihazira, 78.
Zestafoni (Gürcüstan) - NEFTÇİ (AZƏRBAYCAN) - 2:2 (0:3)
Qollar: Muciri, 16, Dvali, 19 - Vobay, 22, Sadiqov, 52-pen.
Ekranas (Litva) - Shamrock Rovers (İrlandiya) - 2:1 (0:0)
Qollar: Andjelkoviç, 45+1; 63 - Makkeyb, 90+2.
Şerif (Moldova) - Ulisses (Ermənistan) - 1:0 (1:0)
Qol: Samardziç, 67-pen.
Basel (İsveçrə) - Flora (Estoniya) - 3:0 (2:0)
Qollar: Zoua, 10; 31, Dias, 63.
Debrecen (Macarıstan) - Skenderbeu (Albaniya) - 3:0 (0:1)
Qollar: Kulibali, 12; 87, Varqa, 57.
Partizan (Serbiya) - Valletta (Malta) - 3:1 (4:1)
Qollar: Tomiç, 10; 67, Mitroviç, 73 - Mifsud, 60.
Zeljeznicar (Bosniya və Herseqovina) - Maribor (Sloveniya) - 1:2 (1:4)
Qollar: Kveşiç, 60 - İbraimi, 20, Tavares, 86.
Reykjavik (İslandiya) - HJK (Finlandiya) - 1:2 (0:7)
Qollar: Atlason, 73 - Sadik, 66, Lindstrom, 72.
25 iyul
Helsingborg (İsveç) - The New Saints (Uels) - 3:0 (0:0)
Qollar: Atta, 8, Finboqasson, 27, Santos, 89.
Vardar (Makedoniya) - BATE (Belarus) - 0:0 (2:3)
Dinamo (Zaqreb, Xorvatiya) - Ludogorets (Bolqarıstan) - 3:2 (1:1)
Qollar: Rukavina, 33; 61, Vida, 90+8 - Qarqorov, 12, Junior, 36.
Linfield (Şimali İrlandiya) - AEL Limassol (Kipr) - 0:0 (0:3)
Slask (Polşa) - Buducnost (Monteneqro) - 0:1 (2:0)
Qol: Vukçeviç, 15.
