19 iyul 2012 23:56
Branimir Subaşiç: Lech yaxşı komandadı, amma qorxulu deyil
“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun alındı. Baxmayaraq ki, hər şey bizim üçün yaxşı başlamışdı. Erkən qol vurmağa nail olduq. Amma sonradan anlaşılmaz qol buraxdıq.
- Çətin oyun alındı. Baxmayaraq ki, hər şey bizim üçün yaxşı başlamışdı. Erkən qol vurmağa nail olduq. Amma sonradan anlaşılmaz qol buraxdıq.
- Buraxılan qola qədər çox yaxşı təsir bağışlayırdınız. Həmin epizodda nə baş verdi?
- Həmin qol komandada əhval-ruhiyyəyə təsirsiz ötüşmədi. Mən deyərdim ki, komanda psixoloji cəhətdən sındı.
- Həmin qol komandada əhval-ruhiyyəyə təsirsiz ötüşmədi. Mən deyərdim ki, komanda psixoloji cəhətdən sındı.
- Bu oyun “Nomme Kalju” ilə oyununuza (2:2) çox oxşayır...
- Bəli, düz qeyd etdiniz. Yenə də ikinci hissədə qol vura bilmədik. Halbuki, bunun üçün şansımız var idi. Amma alınmadı.
- “Lech” bu oyunda o qədər də güclü komanda təsiri bağışlamadı...
- Yaxşı komandadı, amma elə də qorxulu deyil. Hər halda sübut etdik ki, onlarla oynamaq və qələbə qazanmaq olar.
- Deməli, Polşada müsbət nəticəyə ümid edirsiz?
- Şübhəsiz. Hər şey qarşıdadı. Əgər mənasız səhvlər buraxmasaq, növbəti mərhələyə keçəcəyik.
- Avroliqadakı üç oyuna üç qol vura bilmisiz...
- Buna şadam. Məndən asılı olan nə varsa, edirəm. Ötən mövsüm qara zolaqda idim. Görünür, artıq hər şey arxada qalıb. Buna baxmayaraq, hələ öz üzərimdə daha çox işləməliyəm.
