20 iyul 2012 00:08
Asteraslı futbolçular İnterlə heç-heçəni coşquyla qeyd etdilər
Yunanıstanın “Asteras” klubunun futbolçuları Avropa Liqasında Bakı “İnter”i ilə ikinci təsnifat mərhələsinin ilk oyununda qeydə alınan heç-heçəni coşqulu şəkildə qeyd ediblər. Azerisport.az xəbər verir ki, Tripolis təmsilçisinin üzvləri 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra paltardəyişmə otağında sanki qələbə qazanıblarmış kimi əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Yunanıstanda keçiriləcək.
