21 iyul 2012 13:04
Cavid Hüseynov: Türkiyədə özümü ən yaxşı tərəfdən göstərməliyəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda biz yeni mövsümə hazırlaşırıq. Hədəf Super Liqaya vəsiqə qazanmaqdı. Rəhbərlik qarşımıza ən yüksək hədəflər qoyub. Fikrimcə, bu keçid mənim üçün yeni bir səhifə açacaq. Özümü Türkiyədə ən yaxşı tərəfdən göstərməliyəm”.