21 iyul 2012 01:44
Maritimonun baş məşqçisi: Asteras İnterdən daha güclüdü
Portuqaliyanın “Maritimo” klubunun baş məşqçisi Pedro Martins UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, mübarizəyə birbaşa həmin mərhələdən başlayacaq portəgizləri “İnter” (Azərbaycan) – “Asteras” (Yunanıstan) cütünün qalibi gözləyir.
“Asteras” mənə daha tanışdı. Mənə elə gəlir ki, bu komanda daha güclü rəqibi. Yunanıstan çempionatı Azərbaycan birinciliyindən daha güclüdü. Həm də etiraf edim ki, “Asteras” barədə yetərincə məlumatımız var. Həm də Bakıdakı heç-heçə bu komandaya növbəti mərhələyə adlamağa əla şans yaradıb.
“İnter”ə gəlincə, onlar haqda da müəyyən informasiyamız var. Bilirik ki, iki dəfə Azərbaycan çempion olub. Hər halda Yunanıstanda keçiriləcək cavab oyunu bizə hər iki komanda barədə ətraflı məlumat toplamağa imkan verəcək”.
