21 iyul 2012 14:08
Qəbələ tennis-bala keçdi (FOTO)
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin 8-ci gününü bir məşqlə tamamlayıb. Azerisport.az xəbər verir ki, günün ilk yarısında baş tutan məşqdə həm fiziki, həm də toplu məşqlərə yer verilib.
Bundan əlavə futbolçular baş məşqçinin xüsusi tapşırıqları üzərində çalışıblar. Məşqə futbolçuların və məşqçilərin iştirakı ilə keçilən tennis-ball oyunu ilə yekun vurulub.
Hazırlıq prosesində zədəsi olan Bruno da Silva və Rəşid Əmiraslanov iştirak etməyiblər.
