21 iyul 2012 14:24
Bakıdan darmadağın
Növbəti mövsümə hazırlıqları davam etdirən “Bakı” bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın yeni baş məşqçisi Bojidar Bandoviç komandasını “Bakı”nın əvəzedicilərindən ibarət kollektivlə görüşdə sınaqdan keçirib.
Qarşılaşma 5:0 hesabıyla “böyüklər”in xeyrinə başa çatıb. Görüşdə qolları Deyvidas Çesnauski, Ramazan Abbasov, Maris Verpakovski, Nurlan Novruzov və Aleksandr Şoliç vurub.
