21 iyul 2012 14:55
Sumqayıt Türkiyədə ilk məşqə çıxdı (FOTO)
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu artıq Türkiyənin Nevşehir bölgəsinə gəlib. Azerisport.az xəbər verir ki, komanda səhər saatlarında “Avrasiya” otelinin meydançasında ilk məşqinə çıxıb.
Bernard Raabın komandasında zədəli futbolçu yoxdu. Qeyd edək ki, “Sumqayıt” FK Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komandamız ilk olaraq “Kayseri Erciyespor”la üz-üzə gələcək. Komandamız iyulun 26-da isə “Ankaragücü” ilə qüvvəsini sınayacaq. Bernhard Raabın komandası son yoxlama oyununu iyulun 28-də Bank Asiya 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək.
