21 iyul 2012 15:19
Sumqayıtda yeni futbolçu (FOTO)
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur. Azerisport.az xəbər verir ki, Sumqayıtın eyni adlı təmsilçisi növbəti futbolçunu heyətinə qatıb.
Ötən mövsümü “İnter”in heyətində keçirmiş 1992-ci il təvəllüdlü qapıçı Anar Məhərrəmovla ilkin razılıq əldə olunub. Hazırda komandanın heyətində təlim-məşq toplanışında olan adıçəkilən qolkiper ölkəyə qayıtdıqdan sonra rəsmi müqaviləyə imza atacaq.
