21 iyul 2012 15:36

Bojidar Bandoviç: Bakıdan sabah da gedə bilərəm

“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviç azerisport.az saytına müsahibəsində komandasıyla qarşıdakı hədəflərindən danışıb, “zolaqlılar”ın avrokuboklardakı uğursuz çıxışına toxunub.

- Təyinatınız münasibətilə təbrik edirik. Yeni komandanızdakı hədəfləriniz nədən ibarətdi?
- Bilirəm ki, “Bakı” hər mövsüm qarşısına yüksək hədəflər qoyur. Bu komandada əla heyət və yaxşı şərait var. Amma hələ konkret hədəflərdən danışa bilmərəm. Mən hələ klub prezidenti Hafiz Məmmədovla görüşməmişəm.
 
- Komanda əvəzedicilərlə oyunda necə təsir bağışladı?
- Mən futbolçuları bir daha iş başında görə bildim. Amma özünüz də başa düşürsüz ki, onlar çempionluq uğrunda mübarizə aparacaqları rəqiblər səviyyəsində komanda ilə qarşılaşmırdılar.
 
- Yəqin ki, Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində Sloveniya “Mura”sına qarşı keçirilən oyunları izləmisiz. Sizcə, uğursuzluğa nə səbəb oldu?
- Mən bu haqda danışa bilmərəm. Çünki həmin vaxt komandanın sükanı arxasında deyildim. Amma fakt budu ki, “Bakı” zəif oynadı. Mən bu klubların büdcələrinin müqayisəsi barədə çox oxumuşam. Aydın məsələdi ki, pul hər şeyi həll etmir.
 
- Digər Azərbaycan klublarının avrokubok oyunlarına baxmısız?
- Yalnız “Neftçi”nin “Zestafoni” ilə oyunun bir hissəsinə baxmışam.
 
- Premyer Liqanın ilk turundakı rəqibiniz “Neftçi” olduğu üçün onun oyununu izlədiniz?
- Xeyr. Məni ilk növbədə öz komandam, daha sonra isə digərləri narahat edir. Biz əsasən öz oyunumuz haqda düşünməli, onu yaxşılaşdırmalıyıq. Yalnız rəqiblər barədə düşünmək olmaz.

- Mətbuatda Maris Verpakovski, Elvin Məmmədov, Uinston Parks çox tənqid olunur. Mümkündü ki, heyətdə islahatlar aparasınız?
- Mən bunu müzakirə edə, oyunçuların səviyyəsi barədə nəsə deyə bilmərəm. Hafiz Məmmədovla görüşəndən sonra çox şeyə aydınlıq gələcək. Son sözü prezident deyəcək.
 
- “Bakı” baş məşqçiləri tez-tez dəyişir. Bilirsiz, komandanın neçəni çalışdırıcısız?
- Xeyr.
 
- Doqquzuncu.
- Futbolda hər şey olur. Mən burda 10 il qala da bilərəm, sabah gedə də bilərəm. Əsas mənim futbolçulara nə öyrədəcəyimdi. Qorxacağım heç nə yoxdu. Mən işləməyə gəlmişəm.
 
- Gənclərə, yoxsa legionerlərə üstünlük verəcəksiz?
- Mən “Bakı”nın gənclərinə inanıram. Həmçinin əcnəbiləri də yüksək qiymətləndirirəm. Mənə yaxşı futbolçular lazımdı. Onlar arasında pasportlarına görə seçim aparmaq fikrim yoxdu. Əsas komandanın uğurudu.
 
- Köməkçiniz kim olacaq?
- Mən əvvəlki məşqçilər korpusu ilə işləyəcəm. Əsas köməkçim Qəhrəman Əliyev olacaq.
 
- Çempionatın startına qədər komandanı tanımaq sizə çətin olmayacaq?
- Kifayət qədər vaxt var. Bizə komandanı tanımaq, həmçinin kimlərlə oynayacağımızı müəyyənləşdirmək lazımdı. “Bakı”da əla ifaçılar var. Mənə öyrəşmək çətin olmayacaq. “Neftçi” ilə oyuna qədər hazır olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.