21 iyul 2012 21:08
Kəpəzdə iki yeni futbolçu
Mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov yeni futbolçuları baxışdan keçirir. Azerisport.az xəbər verir ki, hazırda komandanın düşərgəsində bir hücumameyilli yarımmüdafiəçi və bir qapıçı var.
Yarımmüdafiəçi vaxtilə Braziliyanın müxtəlif yaş qrupu üzrə milli komandalarında oynamış Xavyer Junior Ademar Aparekidodu. 27 yaşlı Braziliyalı Ademarın son klubu Moldovanın "Milsami-Ursidos" komandası olub. 2010-cu ildən bu komandada forma geyinən Junior 45 oyunda meydana çıxıb və 15 qol vurub.
Baxışa dəvət olunan digər futbolçu isə boyu 1 metr 95 sm olan qapıçı İvan Radosdur. 28 yaşlı xorvatiyalı çərçivə qoruyucusunun son iş yeri isə Macarıstan çempionatı olub.
Qeyd edək ki, hər iki futbolçunun komandada qalıb-qalmayacağı barədə yaxın günlərdə qərar veriləcək.
