21 iyul 2012 11:37

Rahid Əmirquliyev: XL Poznanda daha çox qol vəziyyəti əldə edəcək

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirdikləri ilk oyundan (1:1) danışıb, cavab matçındakı şanslarını dəyərləndirib.
 
- “Xəzər Lənkəran” yenə doğma meydanda qələbə qazana bilmədi. Bu, nə ilə bağlıdı?
- Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma alınmadı. Təbii ki, çox üzücüdü. Belə rəqiblərlə oyunlarda qol vəziyyətləri həmişə az olur. Buna görə də hər ələ düşən vəziyyətdən maksimum yararlanmaq lazım gəlir. Biz isə bunu bacarmadıq.
 
- Komandanız üç-dörd qol vəziyyəti yaratsa da, yalnız birindən yararlandı...
- Heç olmasa şanslarımızın 50 faizindən yararlana bilsəydik, hər şey fərqli ola bilərdi. Bütövlükdə, pis oynamadıq. Lakin qələbə qazana bilmədiyimizi nəzərə alsaq ilk oyunun nəticəsi məyus edir.

- “Xəzər Lənkəran” buraxılan qola qədər heç də pis təsir bağışlamırdı...
- Erkən qol vurmağı bacardıq. Lakin ondan sonra rəqib hücum futbolu oynamağa başladı. Belədə bizə də təhlükəli hücumlar qurmaq asan olurdu. Amma polşalılar qol vurduqdan sonra dərhal müdafiəyə diqqəti yenidən gücləndirdilər.
 
- Buna görə hücum xəttində heç nə alınmırdı?
- Estoniyanın “Nomme Kalju” klubu ilə ilk oyunumuzda da belə oldu. Rəqib ancaq heç-heçəni qorumaqla məşğul idi. Belə olan halda qol vurmaq çətin olur.

- Cavab oyunundan nə gözləyirsiz?
- Polşaya qələbə üçün gedirik. Onlar Lənkəranda bizə qol vurdular. İndi biz də eyni şeyi təkrarlamalıyıq.
 
- Sizcə, komanda mərhələ keçə biləcək?
- İlk oyun da göstərdi ki, polşalıları məğlub etmək olar. Hamı görürdü ki, “Lech” necə müdafiə olunurdu. Onlar bütün gücünü qoymuşdular ki, ikinci qolu buraxmasınlar. Amma öz meydanlarında çətin ki, eyni oyunu sərgiləsinlər. Fikrimcə, bizim hücumda daha çox qol vurmaq şansımız olacaq. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum yararlanmaq qalır.
 
- Meydanın mərkəzində “Lech”in kapitanı Rafal Muravski ilə mübarizə aparmaq çətin deyildi ki?
- Belə oyunlarda həmişə çətin olur. Fikrimcə, mübarizədən şərəflə ayrıldım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.