21 iyul 2012 11:56
İnter Şuşa üzərində qələbə qazandı
"İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Asteras" klubuyla cavab qarşılaşmasına hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “bankirlər” bu komanda ilə Bakıdakı ilk oyundan bir gün sonra – ötən gün yoxlama matçında qüvvəsini sınayıb.
Belə ki, paytaxt klubu Azərbaycan birinci divizion təmsilçisi "Şuşa" ilə yoxlama görüşü keçirib. "Dalğa Arena"da keçirilən görüşdə baş məşqçi Kaxaber Tsxadadze əsasən “Asteras”la ilk matçda meydana çıxmayan futbolçulara şans verib.
Qarşılaşma isə 3:0 hesabıyla bakılıların xeyrinə başa çatıb. Qolları Daniel Genov, Kaxaber Tsxadadze və Ramil Mansurov vurub.
