21 iyul 2012 00:04
Bakı bu gün yoxlama oyunu keçirəcək
Avropa Liqasındakı uğursuzluqdan sonra bütün diqqətini Premyer Liqanın yeni mövsümünün hazırlıqlarına yönəldən “Bakı” bu gün yoxlama matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, yeni baş məşqçi Bojidar Bandoviç yetirmələrini əvəzedici komanda ilə qarşılaşmada iş başında görməyə qərar verib.
Sözügedən oyun bu gün keçiriləcək. Bu oyundan sonra serbiyalı mütəxəssisin bəyənmədiyi bəzi futbolçular, xüsusilə legionerlər barədə yekun qərarını verməsi gözlənilir.
