21 iyul 2012 11:48
Qarabağ Türkiyədə özünə daha bir rəqib tapdı
“Qarabağ” Boluda hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komandanın proqramında 1 məşq vardı.
Axşam saat 18:30-da başlayan məşq 90 dəqiqə davam edib. Məşqdə Bəxtiyar Soltanov və Rauf Əliev fizioterapevt nəzarətində çalışıb.
Xəbər verdiyimiz kimi, komanda 21-də yoxlama oyunu keçirməyi planlaşdırırdı. Artıq, rəqib bəllidi. “Qarabağ” AZAl-la qarşılaşacaq. Oyun Boludakı “Koru” otelinin meydançasında baş tutacaq. Görüş yerli vaxtla 17:30-da başlayacaq.
